Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid haqqında kitabın təqdimatı keçirilib

30.07.2021

28 iyul 2021-ci il tarixdə Biləsuvar Regional Mədəniyyət İdarəsində yazıçı Gülsüm Adilqızının Aprel döyüşlərində şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevə həsr olunmuş kitabının təqdimatı keçirilmişdir. Tədbirdə yazıçının “Murad Ömrü”, “Şəhidlik zirvəsinin fatehləri”, “Vətən salnaməsinin qəhrəmanları”, “Uşaq dünyam” kitablarının təqdimatı olmuşdur. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarənin rəisi Əlisultan Sadıxov şəhid Murad Mirzəyevin qardaşı, mədəniyyət müəssisələrin və İdarənin əməkdaşları iştirak etmişlər. Yazıçı Gülsüm Adilqızı tərəfindən təqdimatı keçirilən kitablar Biləsuvar Rayon Heydər Əliyev Mərkəzinə və Mərkəzi Kitabxanaya hədiyyə edilmişdir.