Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.07.2021-ci il tarixədək)

30.06.2021

2 İYUL

1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürğ; 1892–1937) Bakıda anadan olub. Respublika Xalq maarif komissarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.

1922 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK “Yeni Azərbaycan əlifasının dövlət əlifası kimi tanınması haqqında” dekret qəbul etdi. Latın qrafikalı əlifaya tam keçid 1929-cu ildə reallaşdı.

1953 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub.

1965 – Əməkdar mədəniyyət işçisi İlham Əbdül oğlu Hüseynov anadan olub. Dövlət Yuğ Teatrında çalışır.

1976 – Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı keçirilib.

3 İYUL

1940 – Tanınmış pianoçu, Xalq artisti Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 – 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər Universitetinin (Türkiyə) Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

1942 – Əməkdar incəsənət xadimi, orqan ifaçısı, musiqişünas Tahirə Əhəd qızı Yaqubova Bakıda anadan olub.

1947 – Əməkdar incəsənət xadimi Maral Cəbrayıl qızı Manafova anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiridir.

1959 – Əməkdar incəsənət xadimi Nazim Ənvər oğlu Hacıəlibəyov Bakıda anadan olub. Dövlət Musiqili Teatrının baş dirijoru olub. Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin dirijorudur.

1963 – Əməkdar incəsənət xadimi, rejissor, prodüser Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Dövlət Film Fondunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru işləyib. “Azərbaycanfilm” kinostudiyasının direktorudur (2019-cu ildən).

1967 – Əməkdar artist, teatr və kino aktyoru İlham Abbas oğlu Hüseynov Gəncədə anadan olub.

2000 – Aşıq Xaspolad Gülablı (Xaspolad Salman oğlu Mirzalıyev; 1919–2000) vəfat edib.

4 İYUL

1920 – Azərbaycan İnqilab Komitəsi kino qurğularının milliləşdirilməsi haqqında dekret verib. Respublikadakı bütün kinematoqrafiya müəssisələri Xalq Maarif Komissarlığının yanında İncəsənət Şöbəsinin ixtiyarına verilib. Daha sonra İncəsənət Şöbəsinin yanında Mərkəzi Kinoprokat (Sentroprokat) idarəsi yaradıldı.

1928 – Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 – 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində doğulub. Maarif naziri (1983–1988), Ali Sovetin deputatı (1990–1995) olub.

1948 – Əməkdar incəsənət xadimi, teatrşünas Rafiq Kərim oğlu Sadıqov anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olub. Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiridir.

1950 – Əməkdar mədəniyyət işçisi Elza Qədir qızı Orucova anadan olub. Quba rayon Heydər Əliyev Mərkəzinin direktorudur.

1950 – Əməkdar rəssam Nabat Məhərrəm qızı Səmədova Qazax rayonunda anadan olub. Lənkəran, Sumqayıt teatrlarında rəssam işləyib. Akademik Dövlət Musiqili Teatrında çalışır.

1956 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Hümmət oğlu Lalayev anadan olub. 2008-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktorudur.

1972 – Xalq artisti, xanəndə Nəzakət Xosrov qızı Teymurova Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının müəllimidir.

1977 – Əməkdar artist, müğənni Sevda Çingiz qızı Ələkbərzadə Bakıda anadan olub.

1994 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Salyan Dövlət Kukla Teatrı yaradılıb.

5 İYUL

1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 – 18.10.1894) İrəvanda anadan olub. “Tifisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax”ın təsisçisi, naşiri və redaktoru olub.

1928 – Əməkdar artist Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (1928 – 18.2.1985) Bakıda doğulub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub, filmlərə çəkilib.

2003 – Prezident Heydər Əliyev Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2018 – Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb. Teatrın yubileyi 2018-ci il oktyabrın 30-da təntənəli şəkildə qeyd edildi.

6 İYUL

1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əli qızı Ağayeva (1918–1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.

1944 – Xalq artisti, violonçel ifaçısı Rasi Mahmud oğlu Abdullayev anadan olub. Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti olub, Qahirə və Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərib.

1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Xanlar Daşdəmir oğlu Cəfərov (1947–2016) anadan olub.

1963 – Əməkdar artist, instrumental (nəfəs alətləri) ifaçı İlham İsmayıl oğlu Nəcəfov anadan olub. Azərbaycan Milli Konservatoriyasının müəllimidir.

1957 – Əməkdar mədəniyyət işçisi Rəna Qurbanxan qızı Əsədova anadan olub. Azərbaycan Milli Kitabxanasının əməkdaşıdır.

1971 – Əməkdar mədəniyyət işçisi Elçin Tofiq oğlu Abbasov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1982 – Əməkdar artist İlahə Əhsan qızı Əfəndiyeva-Xəlilova anadan olub. Akademik Opera və Balet Teatrının solistidir.

1983 – Əməkdar artist Rəna Hacı qızı Rəhimova anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

7 İYUL

1920 – Azərbaycan İnqilab Komitəsi incəsənət abidələri və əsərlərinin siyahıya alınması və mühafizəsi haqqında qərar qəbul edib.

1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939–2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

1953 – Xalq artisti Adil Müseyib oğlu Bayramov Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəridir.

1953 – Əməkdar mədəniyyət işçisi Mehriban Qulam qızı Nuriyeva anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşıdır.

1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

1968 – Əməkdar artist, müğənni, bəstəkar Elza Nuru qızı Qasımova (Seyidcahan) Siyəzən şəhərində anadan olub.

2019 – UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

8 İYUL

1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888–1969) Moskva­da ana­dan olub. Azər­bay­can Döv­lət Rus Dram Teat­rın­da akt­yor və re­jis­sor ki­mi fəaliy­yət (1928–1963) gös­tə­rib.

1909 – Məş­hur dil­çi alim, aka­de­mik, Əmək­dar elm xa­di­mi, Döv­lət mü­ka­fa­tı laureatı Əb­dü­lə­zəl Məm­məd oğ­lu Də­mir­çiza­də (1909 – 10.4.1979) Şə­ki­də do­ğu­lub. Müasir Azər­bay­can di­li­nin fo­ne­ti­ka­sı­na, eti­mo­lo­gi­ya­sı­na və ümu­mi dil­çi­li­yə aid əsər­lə­rin müəl­li­fi­dir.

1931 – Xalq ar­tis­ti Zül­fü­qar Ya­qub oğ­lu Ba­rata­də (1931 – 11.2.1991) Gən­cə­də do­ğu­lub. 1949-cu il­dən Gən­cə Döv­lət Dram Teat­rı­nın akt­yo­ru olub, film­lə­rə çəkilib.

1937 – Əmək­dar me­mar Adil Ab­dul­la oğ­lu Ələk­bə­rov ana­dan olub.

1948 – Əmək­dar ar­tist Akif Əli oğ­lu Yu­si­fov ana­dan olub. Şə­ki Döv­lət Dram Teat­rı­nın akt­yo­ru­dur.

1959 – Xalq ar­tis­ti Şir­zad Əsəd oğ­lu Abu­ta­lı­bov Nax­çı­van şə­hə­rin­də do­ğu­lub. Nax­çı­van Mu­si­qi­li Dram Teat­rı­nın akt­yor olub. M.T.Sid­qi adı­na Nax­çı­van Dövlət Kuk­la Teat­rı­nın di­rek­to­ru­dur.

1970 – Tar­zən, Əmək­dar müəl­lim Umud Ağa­sif oğ­lu İb­ra­hi­mov ana­dan olub. Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­nin ka­fed­ra mü­di­ri­dir.

2014 – Pre­zi­dent İl­ham Əli­yev Xalq ya­zı­çı­sı Qıl­man İl­ki­nin 100 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da sə­rən­cam im­za­la­yıb.

9 İYUL

1835 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 – 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. Azərbaycan şairlərinin qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

1926 – Görkəmli yazıçı-dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (1854– 1926) vəfat edib. Ədib “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub.

1939 – Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939– 2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında, Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

1977 – Əməkdar artist Ruslan Xanbala oğlu Səlimov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1978 – Əməkdar artist Eteri Leonidovna Cəfərova anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında çalışır.

1979 – Əməkdar artist, vokal ifaçısı Aygün Mübariz qızı Zeynalova anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistidir.

2018 – Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb. Teatrın yubileyi 2018-ci il dekabrın 7-də təntənəli şəkildə qeyd edilib.

11 İYUL 

1926 – Tarix elmləri doktoru Şövkət Əzizağa qızı Tağıyeva (1926–2015) anadan olub. Cənubi Azərbaycan və İran tarixinə dair tədqiqatların müəllifidir.

1926 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssamı, baş rəssam işləyib, Musiqili Komediya Teatrında tamaşalara səhnə tərtibatı verib.

1937 – Əməkdar rəssam Əkrəm Qulam oğlu Həsənzadə (1937 – 22.11.2007) anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunda çalışıb. Rəssamlar İtifaqının bölmə müdiri olub.

1939 – SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifadan kiril (rus) qrafikalı əlifaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşib.

2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s. filmlərə quruluş verib.

2008 – Prezident İlham Əliyev “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” sərəncam imzalanıb.

2017 – Prezident İlham Əliyev Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

12 İYUL

1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

1940 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, mahnıların müəllifidir.

1945 – Əməkdar artist Rahib Seyidağa oğlu Əliyev Bakıda anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərə çəkilib.

1947 – Əməkdar artist Xəlil Ərrəhman oğlu Hüseynov Naxçıvan MR Babək rayonunun Zeynəddin kəndində doğulub. Naxçıvan Musiqili Dram Teatrının aktyoru olub.

1947 – Əməkdar mədəniyyət işçisi Mövlud Vəli oğlu Ocaqov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşıdır.

1956 – Əməkdar artist Mübariz Şəfayət oğlu Həmidov Göyçay şəhərində anadan olub. Gənc Tamaşaçılar Teatrının aktyoru, direktoru (2006–2018) olub. 2018-ci ildə Sumqayıt Dövlət Dram Teatrına direktor təyin edilib.

1977 – Əməkdar artist Elşən Şahin oğlu Cəbrayılov Bakı şəhərində anadan olub. Akademik Milli Dram Teatrının aktyorudur.

1978 – Əməkdar artist, müğənni Anar Vaqif oğlu Hüseynli (Şuşalı) anadan olub.

1987 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov; 1916–1987) vəfat edib.

1993 – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirləri Almatı şəhərində “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalayıblar. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.

2017 – Prezident İlham Əliyev görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

13 İYUL

1889 – Maarif və mədəniyyət xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889– 1960) Şuşada anadan olub.

1910 – Yazıçı-dramaturq, tərcüməçi Nağı Kərim oğlu Nağıyev (1910–1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.

1926 – Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926–2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir. 20-dək ölkədə sərgisi keçirilib.

1936 – Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

1945 – Xalq artisti Yevgeniya Stepanovna Nevmerjiskaya anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır.

1946 – Bəstəkar Eldar Səid oğlu Rüstəmov (1946–2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.

1953 – Əməkdar mədəniyyət işçisi Fazil Mustafa oğlu Əsədov Naxçıvan şəhərində doğulub. Naxçıvan Dövlət Filarmoniyasının orkestr artistidir.

1957 – Xalq artisti Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində doğulub. Azərbaycanda Pantomima teatrının (1994) yaradıcısı və baş rejissoru, bir sıra səhnə əsərlərinin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında”, “Ovsunçu”, “Cavid ömrü” və s.

1972 – Əməkdar mədəniyyət işçisi Səadət Cahangir qızı Ələkbərova anadan olub. “İçərişəhər” Muzey Mərkəzində çalışır.

2001 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (19.8.1912 – 2001) vəfat edib. Ədəbi yaradıcılıqla bərabər rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

14 İYUL

1905 – Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905–1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.

1914 – Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914–2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib.

1951 – Əməkdar artist Aidə Ələkbər qızı Qasımova anadan olub. Ağdam Dövlət Dram Teatrının aktrisasıdır.

1981 – Xalq artisti, rəqqas Rüfət Eldar oğlu Xəlilzadə anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Rəqs Ansamblının baletmeysteridir.

1991 – Əməkdar artist, xanəndə Arzu Qurban qızı Əliyeva anadan olub. Akademik Opera və Balet Teatrının, Azərbaycan Televiziyasının solistidir.

15 İYUL

1925 – Xalq artisti, müğənni-pianoçu, professor Rauf İsrafil oğlu Atakişiyev (1925 – 3.2.1994) Bakıda anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti olub, bir çox xarici ölkələrdə çıxış edib.

1926 – Xalq artisti Sədayə İsmayıl qızı Mustafayeva (1926 – 13.8.2004) Şəkidə anadan olub. Şəki, Gəncə Dram teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.

1928 – Tanınmış tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928–1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.

1930 – Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 – 14.12.2015) anadan olub. “Bakı–90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.

1946 – Əməkdar artist Məzahir Həmdulla oğlu Cəlilov Masallı rayonunda anadan olub. Akademik Milli Dram Teatrının aktyorudur, filmlərə çəkilib.

1952 – “Kirpi” satirik jurnalı nəşrə başlayıb.

1952 – Xalq artisti Aleksandra Konstantinovna Nikuşina Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır, filmlərə çəkilib.

1955 – Əməkdar mədəniyyət işçisi Nəzakət Qurban qızı Dadaşova anadan olub. Azərbaycan Milli Kitabxanasının əməkdaşıdır.

1959 – Əməkdar rəssam Teymur Rəsul oğlu Rzayev Bakıda anadan olub. 1994-cü ildən Türkiyədə yaşayır. Yeditepe Universiteti (İstanbul) İncəsənət fakültəsinin müəllimidir. Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

1970 – Əməkdar artist Gülər Nəbi qızı Nəbiyeva Yevlax rayonunun Yuxarıbucaq kəndində anadan olub. Bakı Kamera Teatrında çalışıb. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

2019 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib.