Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Cəbrayıl

Cəbrayıl rayon təhsil müəssisələri

Təhsil müəssisələrinin adı İşğaldan əvvəl Hazırda fəaliyyət
göstərən
Ümumtəhsil məktəbləri 72 45
Məktəbəqədər təhsil müəssisələri 35 11
Məktəbdən kənar təhsil müəssisələri 5 1
Texniki Peşə məktəbi 1 1
Siniflərin sayı 720 637
Şagirdlərin sayı 11845 8374
Müəllimlərin sayı 1640

1404

 

Təhsil şöbəsində görülən işlər haqqında məlumat

2013/2014-ci dərs ilində rayon üzrə 47 ümumi təhsil məktəbi, o cümlədən 40 tam orta, 3 ümumi orta, 4 ibtidai, 1 şahmat məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə təxminən 8 mindən çox şagird elmlərin əsaslarını öyrədir. 
2012-2013-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutu ilə bağlanmış müqaviləyə və qrafikə uyğun olaraq 40 nəfər müxtəlif ixtisasas sahələri üzrə kursa göndərilmişdir. Belə ki, 36 nəfər müəllim ixtisasartırma, 2 nəfər Təhsil meneceri və 4 nəfər isə Öyrədənlərin öyrədəni kurslarından keçmişlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-2013-cü tədris ilində buraxılış imtahanlarının yekunlarına görə respublika üzrə statistik hesabatına əsasən Cəbrayıl rayonu üzrə IX sinfi 761 nəfər, XI sinfi isə 580 bitirmiş, imtahana buraxılan hər bir şagird şəhadətnamə və attestat almışdır. Rayonun XI sinfini bitirənlərin buraxılış imtahanlarında müvəffəqiyyətə görə respublika üzrə 34-cü, IX sinif üzrə isə 23-dür.
IX sinif üzrə buraxılış imtahanlarında rayonun 19 saylı tam orta və Asağı Sirik ümumi orta məktəbin şagirdləri 100% nəticə göstərmiş, Çullu, Daşkəsən, Sirik, 3,5,9, 10, 11, 23 saylı, Hovuslu, Süleymanlı, Y.Mərcanlı kənd tam orta məktəbin şagirdlərinin nəticələri isə 70 %-dən yuxarı olmuşdur. 
Tam orta təhsil kursu üzrə buraxılış imtahanlarında M.Mehdizadə adına 4, 23 saylı, Qovşudlu kənd tam orta məktəbin şagirdləri rayon üzrə ən yüksək nəticə- 100%, 5 saylı, Daşkəsən, Dəmşalaq kənd tam orta məktəbin şagirdləri isə 90%, 6, 12, 14, 15 saylı, İ.Quliyev adına B.Mərcanlı, Mehdili, Quycaq, Əmirvarlı, Hovuslu, C. Mərcanlı, Süleymanlı tam orta məktəblərin şagirdlərinin nəticələri isə 80%-dən yuxarı olmuşdur.
Tədris ilinin yekununa görə 2013-ci ildə attestat almış 586 nəfər məzundan 321 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 55 nəfər olmaqla cəmi 376 nəfər ali məktəblərə qəbul üçün sənəd vermişlər. Qəbul imtahanların nəticələrinə görə bu ilki məzunlardan 185 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 26 nəfər olmaqla cəmi 211 nəfər tələbə adına layiq bilinmişdir.
2013-cü ildə rayonun ümumi təhsil məktəblərinin IX siniflərini bitirmiş məzunlardan 32 nəfəri, XI sinifləri bitirmiş məzunlarımızdan isə 35 nəfər olmaqla, ümumilikdə 67 nəfər də respublikanın orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Qəbulun nəticələrinə görə bu il ümumilikdə 278 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, onlardan 115 nəfəri qız, 163 nəfəri isə oğlandır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri arasında vileybol, məktəblilər arasında isə şahmat yarışları keçirilmişdir. Müəllimlər arasında keçirilən voleybol yarışında rayonun 14 saylı tam orta məktəbi I, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbi II, Mehdili kənd tam orta məkrəbin komandası isə III yerə layiq görülmüşlər. Şagirdlər arasında keçirilən voleybol yarışında rayonun Mehdili kənd tam orta məktəbi I, Y.Mərcanlı kənd orta məktəbi II, Çərəkən kənd tam orta məktəbin komandası isə III yer tutmuşdur. Məktəblilər arasında şeçirilən şahmat yarışında Mehdili kənd tam orta məktəbin V sinif şagirdi Babaşov Musa İlham oğlu Respublika şahmat turnirində IV yerə layiq görülmüşdür. Ayrı-ayrı idman növləri üzrə keçirilən yarışların qalibləri RİH-nin kuboku, diplomlar, fəxri fərmanlıarı və komandanın hər bir üzvü üçün tutulan yerlərə müvafiq pul mükafatı, RTŞ-nin kuboku və fəxri fərmanları ilə qiymətləndirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən respublika inşa yazı müsabiqəsində rayonun 1 saylı tam orta məktəbin X sinif şagirdi Heydərova Günay Əkrəm qızı respublika inşa müsabiqəsində I yerə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında 7 fevral 2013-cü il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Görkəmli alim, qayğıkeş ana mövzusunda RTŞ-nin və məkətəb kollektivlərinin fəal üzvləri ilə dəyirmi masa keçirilmiş, çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında və eləcə də səhiyyənin inkişafında olan misilsiz xidmətlərindən danışmış, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərməsindən, onun həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan şölələnməsi qeyd edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 Yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq 20 Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ümumtəhsil məktəblərində xüsusi bülletenlər, stendlər, guşələr yaradılmış, ümumtəhsil məktəb şagirdlərinin 20 Yanvar hadisələrini əks etdirən rəsmlərindən ibarət sərgilər təşkil edilmişdir. Bütün təhsil müəssisələrində yanvarın ayının 18-də Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şəhidlər xiyabanlarına şagird və müəllimlərin ziyarəti təşkil edilmişdir.
Ümumdünya Poçt İttifaqının xətti ilə Azərpoşt MMC Təhsil Nazirliyi ilə birgə 15 yaşa qədər məktəblilər arasında Ana dilimiz Azərbaycan xalqının ən böyük sərvətidir və Vətən qəhrəmanları ilə tanınır adlı inşa müsabiqəsi rayonun ümumtəhsil məktəbliləri arasında keçirilmiş, müəyyənləşdirilmiş qaliblərin inşa yazıları respublika müsabiqəsində iştirak üçün Azərpoşt MMC-yə təqdim olunmuşdur. 
Cəbrayıl-doğma Yurdum devizi altında Cəbrayıl aylığı rayonun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir. Hazırkı şagirdlərimiz Cəbrayıl rayonunun işğalından sonra doğulmuş uşaqlardır. Məqsədimiz onlara Cəbrayıl rayonunun yaranma tarixi, əhalisi, kəndləri, tarixi-mədəni abidələrini, kəhrizlərini, məşğuliyyətləri olan toxuculuq, baramaçılıq, üzümçülük, heyvandarlığı haqqında məlumatlar vermək və soy köklərinin öyrədilməsidir. Həmçinin Cəbrayıl rayonunun alimləri, görkəmli ictimai xadimləri, deputatları, yüksək rütbəli hərbiçiləri, Sovet ittifaqı və sosialist əməyi qəhrəmanları, Milli qəhrəmanları, şəhidləri və hazırkı ziyalı potensialı haqqında şagirdlimizi məlumatlandırmaq, onlarda vətəni sevmək, vətəni görmək hissləri və vətənə dönmək arzuları yaratmaq olmuşdur.
Cəbrayıl aylığında rayonunun 800 ildən çox yaşı olan Xan çinarı nın şərəfinə 15 ümumtəhsil məktəbin hər birinin həyətində 8 körpə çinar olmaqla 120 çinar ağacı əkilmişdir.
Cəbrayıl-ana yurdum, Cəbrayılda qalan dünyam adlı inşa, Cəbrayıl xəyallarda rəsm müsabiqəsi, Cəbrayıla gedəydim kaş adlı mahnı müsabiqəsi, məktəblilər arasında futbol, voleybol və şahmat yarışları keçirimiş və eləcə də Cəbrayıl rayonunun əhalisinin işğaldan əvvəl məşğul olduqları toxuculuq, qədim naxışlı, xovlu xalçalar, palaz, kilim və əl işlərindən ibarət tikmələr nümayiş etdirilmiş, rayonun işğaldan əvvəlki görüntüləri tədbir iştirakçılarına təqdim olunmuşdur. Fevral ayının 21-də 4 saylı qəsəbənin klubunda Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahmud Quliyevin iştirakı ilə geniş tərkibdə yekun tədbir keçirilmişdir.
Yekun tədbirdə inşa yazı, rəsm, şer, mahnı və əl işləri müsabiqəsində I, II, III və IV yerləri tutan məktəblilər Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə hazırladığı diplomlar, fəxri fərmanlar, pul və qiymətli hədiyyələrlə təltif edilmişdir.
2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında Görkəmli ədəbi şəxsiyyət M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisi kimi mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, inşa yazı müsabiqəsində Cəbrayıl rayon 6 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyeva Aysel Əli qızı Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Nizami hikmətinin işığında mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, inşa yazı müsabiqəsində Cəbrayıl rayon 1 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədova Dilarə İlham qızı Təhsil Nazirliyinin II dərəcəli diplomuna layiq görülmüşdür.

Yüksək bal toplayanlar

Cəbrayıl Rayonu üzrə 600-dan çox bal toplayan məzunların siyahısı

Soyadı, adı, atasının adı  Təhsil aldığı məktəb   Topladığı bal  Daxil
olduğu
ali məktəb 
Vəliyev Nail Tanrverdi Əmirvarlı kənd tam orta 630 ATU
Camalxanova Göyçək Tehran 23 saylı tam orta 616 ADU
Rüstəmov Cavid Bəxtiyar M.Mehdizadə adına şəhər orta 613  ADİU
Məmmədova Dünya Mübariz 23 saylı tam orta 627  BDU
Muradov Sənan Elxan 4 saylı tam orta 645  ATU
Baxşəliyeva Türkan Vahid 6 saylı tam orta 655  ATU
Nəbiyev Tural Pənah 5 saylı tam orta 650  ADNA
Mehdiyev Şamo Mehdi İ.Quliyev adına B.Mərcanlı orta 614  BDU
İsmayılov İlqar Rafiq 3 saylı tam orta 680  MTNA
Məmmədova Ziba Vilayət 19 saylı tam orta 613  GDPU
Quliyev Müşfiq Baxış C.Mərcanlı kənd tam orta 650  ATU
Şəmilzadə Sahil Məmmədbağır Şıxlar kənd tam orta 661  ATU
Əlizadə Gülnar Ənvər Əmirvarlı kənd tam orta 610  ADU
Mustafayeva Ülkər Mətləb 5 saylı tam orta 628  ADU
Mehdiyev Coşqun Arif Tatar kənd tam orta 660  ADİU
Süleymanzadə Zeynəb Rasim Sirik kənd tam orta 647  ATU
Səfərova Ləman Musa Sirik kənd tam orta 626  BDU
Şahverdiyev Arif İlham K.Məmmədov adına B.Mərcanlı orta 618  QU
Mehdiyev Nəvai Arif Tatar kənd tam orta 662 QU
Bayramlı Bayram Şaiq Əmirvarlı kənd tam orta 632 XU
Səfərova Dürdanə Rasim C.Mərcanlı kənd tam orta 630 ARPYDİA
Bayramlı Orxan Şaiq Əmirvarlı kənd tam orta 629 XU
Əsədov Orxan Vüqar M.Mehdizadə adına şəhər tam orta 616 BDU
İsaqov Samir İlqar Qovşudlu kənd tam orta 608 BDU
Hətəmxanov İsmayıl Raman İ.Quliyev adına B.Mərcanlı kənd tam orta 600 ADNA
Əmişova Gülnarə Fərahim  Ə. Veysəlov adına Sirik kənd tam orta  692 ARPDİA
Bünyadova Səriyyə Ramazan  Ə. Veysəlov adına Sirik kənd tam orta  673 ARPDİA
Qasımov Emin Oktay  10 saylı tam orta 647 ARPDİA
İmamavediyev Eşqin Məhəmməd 19 saylı tam orta 614 ATU
Şirinov Nahid Vidadi  Tatar kənd tam orta 607 Qafqaz un
Hacızadə Aytac Elşən Hovuslu kənd tam orta 600 ADU
Şahverdiyev Xandəmir Elman Soltanlı kənd tam orta 643 BDU
Mirzəyev Ramil Şəmistan Sirik kənd tam orta 633 Az.Turizm. İn.
Maqsudov İsa Sabir 25 saylı tam orta 630 BDU
Hümbətli Təbəssüm  Mübariz  Minbaşılı kənd tam orta 622 Polis Akademi
Rəhimli Məhəmmədəli Əkbər 8 saylı tam orta 619 ATU
Fərhadov Sahib Fərhad 15 saylı tam orta 603 ADNA


Cəbrayıl rayonu üzrə son 6 ildə ali məktəblərə qəbulun göstəriciləri

İllər 2005-06 2006-07 2007-08 2008-09 2009-10 2010-11 2011-12 2012-2013
Məzunların sayı 727 687 635 518 496 487 444 586
Həmin ilin məzunlarından sənəd verənlər 341 320 321 363 329 333 293 321
Qəbul olunan 149 125 129 136 150 152 168 185
600-dən çox bal toplayanlar 2 3 8 2 3 7 6 6