Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Neftçala

Ümumi məhsulun həcmi. Rayonun iqtisadi inkişafını xarakterizə edən əsas inkişafı - ümumi məhsul istehsalının həcmi 20,1 faiz və ya 30,6 milyon manat artaraq 182,7 milyon manata çatmışdır. Adambaşına 2236,1 manatlıq, yaxud 2011-ci ildəkindən 18,7 faiz çox ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsulun 27074,0 min manatı (14,8 faizi) sənaye sahəsində, 69686,0 min manatı (38,1 faizi) kənd təsərrüfatında, 23688,5 min manatı (13,0 faizi) tikintidə, 1790,1 min manatı (1,0 faizi) nəqliyyatda, 430,7 min manatı (0,2 faizi) rabitədə, 60061,5 min manatı (32,9 faizi) ticarət, xidmət və digər sosial sahələrdə yaradılmışdır. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 85,3 faizə çatmışdır.
Sənaye. Rayonun sənaye müəssisələrində məhsul istehsalı (işlərin, xidmətlərin) həcmi 27074,0 min manata çatmışdır.Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 87.4 faiz olmuşdur. Sənaye məhsulunun ümumi həcmində mədənçıxarma sənayesi 49,8 faiz, emal sənayesi 37.5 faiz, elektrik enerjisi, qaz və buxar (istehsalı) təchizatı və bölüşdürülməsi bölməsində 10,8 faiz, su təchizatı, bölüşdürülməsi və tullantıların təmizlənməsi bölməsində 1.9 faiz təşkil etmişdir. 
Kənd təsərrüfatı. 2012-ci ildə 102224,0 ton taxıl, 1333,5 ton kartof, 1704,6 ton tərəvəz, 1637,0 ton ərzaq üçün bostan məhsulları, 2462,0 ton meyvə və giləmeyvə, 246,8 ton üzüm, 1259,4 ton xam pambıq istehsal edilmişdir. 2011-ci illə müqayisədə taxıl istehsalı 236,0 ton və ya 0,2 faiz artmış, xam pambıq istehsalı 1853,6 ton və ya 59,5 faiz azalmış, kartof istehsalı 43,5 ton və ya 3,4 faiz artmış, tərəvəz istehsalı 404,8 ton və ya 19,2 faiz azalmış, ərzaq üçün bostan məhsulları istehsalı 397,0 ton və ya 32,0 faiz artmışdır, meyvə və giləmeyvə istehsalı 52,0 ton və ya 2,2 faiz artmış, üzüm istehsalı 10,9 ton və ya 4,6 faiz artmışdır.2013-cü il yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın baş sayı 41279 başa, qoyun və keçilərin baş sayı 123076 başa çatmış, iri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir. 2012-ci ildə diri çəkidə 6290,1 ton ət, 22868,8 ton süd, 4016 min ədəd yumurta, 236,6 ton yun istehsal olunmuşdur.Beləliklə, 2012-ci ildə kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 69686,0 min manat olmuş və keçən illə müqayisədə 0,8 faiz artmışdır. Həmən dövrdə bitkiçilik məhsulları istehsalı 34400,0 min manat, heyvandarlıq məhsulları istehsalı 35286,0 min manat təşkil etmişdir. Kənd əməkçiləri tərəfindən 2013-cü ilin məhsulu üçün 44018 hektar sahədə şum aparılmış, 41845 hektar sahəyə dən üçün taxıl səpilmişdir. Dən üçün səpilmiş sahələrin 3879 hektarını buğda, 37966 hektarını arpa sahələri təşkil etmişdir.
Tikinti . İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 24911,8 min manat məbləğində investisiyadan istifadə edilmiş, 23688,5 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2011-ci illə müqayisədə istifadə olunmuş vəsaitin məbləği 113,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 129,1 faiz artmışdır. Hesabat ilində ümumi sahəsi 6089 kv.m yaşayış evləri, (əhalisinin şəxsi vəsaiti hesabına) 420 şagird yerlik ümumtəhsil məktəbləri tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə il ərzində 5462,2 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir .
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 583,0 min ton, yaxud 2011-ci ilə nisbətən 7,0 faiz çox yük, 6358,0 min nəfər və ya 7,5 faiz çox sərnişin daşınmışdır. Yük və sərnişin daşınmasından əldə olunmuş gəlir il ərzində 1790,1 min manat təşkil etmişdir ki, buda keçən illə müqayisədə 11,0 faiz çoxdur.
Bazar qiymətləri. 2012-ci ilin son ayında, yəni dekabr ayında noyabr ayı ilə müqayisədə ən çox işlənən ərzaq məhsullarının qiymətlərində artma və azalma aşağıdakı kimi olmuşdur:
«Ət, quş əti, balıq» qrupu məhsullarının qiyməti 9,0 faiz artmış, «Süd məhsulları və yumurta» qrupu 6,6 faiz artmış, «Yağ və piylər» qrupu, «Şəkər, şəkər tozu və çay» qrupu məhsullarının qiymətləri sabit qalmışdır.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci illə müqayisədə 8,2 faiz artaraq 253,5 manata çatmışdır. Eyni zamanda sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 450,5 manat, tikintidə işləyənlərin 238,0 manat, nəqliyyat işçilərinin əmək haqqı 170,7 manat, rabitə işçilərinin əmək haqqı 212,0 manat, kənd təsərrüfatı və ekologiyada çalışanların əmək haqqı 150,7 manat olmuşdur.
Əhalinin gəlirləri. 2012-ci ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 16,8 faiz artaraq 49736,0 min manata, adambaşına düşən məbləği isə 15,5 faiz artaraq 608,6 manat təşkil etmişdir. Əhalinin pul gəlirlərinin 80,0 faizi demək olar ki, istehlak mallarının alınmasına və xidmət sahələrindəki ödənişlərə sərf olunur.
Qaz təchizatı

01 yanvar 2013-cü il tarixə Neftçala rayon Qaz İstismar Sahəsi üzrə 8076 abonent qeydiyyatdadır. 2012-ci ildə Rayon Qaz İstismar Sahəsi tərəfindən 9 milyon 336,0 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 8 milyon 482,4 min kub metr olmuş, bunun da dəyərinin 89,9 faizi ödənilmişdir ki, bu da 2011-ci ilə müqayisədə 11,4 faiz çox olmuşdur. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 64 min metr boru xətləri çəkilmişdir.
Dövlət Proqramında nəzərdə tutulmuş rayonun qaz təchizatı sisteminin yaxşılaşdırılması ilə bağlı 2012-ci ildə 64020,1 m müxtəlif ölçülü borular, yəni 6526 m 225 mm-lik, 621 m 200 mm-lik, 7497,5 m 160 mm-lik, 19857,5 m 110 mm-lik, 17504,5 m 63 mm-lik, 12013,6 m 32 mm-lik polietilen boru xətti çəkilmişdir. Hal-hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir. Ümumiyyətlə proqramın icrasına başlanandan 01 yanvar 2013-cü ilə qədər 191539,4 m müxtəlif ölçülü borular çəkilmişdir. Rayonun Tatarməhlə kəndində yerləşən Qaz Paylayıcı Stansiyada 1 ədəd separator quraşdırılmışdır. Rayonun Kürkənd kəndi qazlaşdırılmışdır. Mayaklılar yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı işlər aparılır.
Elektrik enerji təchizatı
01 yanvar 2013-cü il tarixə Neftçala Elektrik Şəbəkəsində 16643 abonent qeydiyyatdadır. 2012-ci ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən 139,8 milyon kvt. saat rayona elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 48,1 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 83,0 faizi ödənilmişdir.Dövlət Proqramında nəzərdə tutulmuş rayonun elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması ilə bağlı 2012-ci ildə 11,6 km məftil, 34 ədəd dayaq dəyişdirilmiş, 30 ədəd transformator, 13 ədəd 35/10/6 kv-luq yarımstansiya təmir olunub yenidən istifadəyə verilmişdir. Yarımstansiyalardan çıxan 0,4 kv-luq çıxış xətlərində 1590 m kabel quraşdırılmışdır. Transformatorlara 10800 kq yağ əlavə olunmuşdur.2009-2011-ci illərdə rayonun elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması ilə bağlı 27,4 km məftil, 65 ədəd dayaq dəyişdirilmiş, 58 ədəd transformator təmir olunub yenidən istifadəyə verilmişdir. Yarımstansiyalardan çıxan 0,4 kv-luq çıxış xətlərində 2805 m kabel, 31 ədəd 250 A-lik, 11 ədəd 400 A-lik ayrım açarları yenisi ilə əvəz olunmuşdur. Transformatorlara 12150 kq yağ əlavə olunmuşdur.
Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması
Neftçala şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması tədbiri üzrə 2011-ci ildə Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən nasosxanalarda, su təmizləyici anbarlarda, su və kanalizasiya xətlərində, elektrik avadanlıqlarında təmir-bərpa işləri aparılmışdır. Neftçala şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması ilə bağlı layihə sənədləri hazırlanmışdır. Tikintisi aparılan Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə Neftçala rayonunun 44 kəndi su ilə təmin olunacaqdır.
Yol təsərrüfatı və nəqliyyat tədbirləri
Rayon ərazisində ölkə və yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri üzrə 2012-ci ilin yanvar-dekabr aylarında cari təmir və yolların saxlanılması ilə bağlı 710,0 min manat vəsait sərf edilmişdir. 2009-2011-ci illərdə 23100 m2 yol asfaltlanmışdır. Yerli əhəmiyyətli avtomobil yollarının orta təmiri ilə əlaqədar 106200 m2 çınqıl örtük tikilmişdir. Şəhərdaxili yolların və səkilərin bərpası və yenidən qurulması üzrə Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2012-ci il tarixli 2276 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun tikintisi məqsədi ilə Neftçala rayonu İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılmışdır. Yolun çəkilməsi ilə bağlı hal-hazırda işlər davam etdirilir. Dövlət Proqramının şəhərdaxili yolların və səkilərin bərpası və yenidən qurulması tədbirinin icrası ilə bağlı 2012-ci ildə yerli büdcədən yolların təmiri və yenidən qurulması üçün 516,0 min manat vəsait ayrılıb. 2012-ci ilin yanvar-dekabr aylarında şəhərdaxili yollarda asfalt örtüyünün tikintisinə hazırlıq məqsədilə 4950 m2 həcmdə çınqıl əsasın tikintisi aparılıb. Bu işlərə 117,8 min manat sərf edilmişdir. Neftçala şəhər Heydər Əliyev prospektində 1333 metr səki daşlarının sökülüb mərmər səki daşları ilə dəyişdirilməsinə 179,0 min manat vəsait sərf edilib. Rayonun Bankə qəsəbəsində 3520 m2 asfalt örtük tikilərək 89,8 min manat, Həsənabad qəsəbəsində 3080 m2 asfalt örtük tikilərək 56,5 min manat, Xıllı qəsəbəsində 4013 m2 asfalt örtük tikilərək 69,9 min manat vəsait sərf edilmişdir.2009-2011-ci illərdə şəhərdaxili yollarda 85613,0 m2, səkilərdə 980 m2 asfalt örtük tikilmişdir. İşlərin görülməsinə 881,8 min manat vəsait sərf edilmişdir. Qəsəbələr daxili küçə və yollarda 35398 m2 asfalt örtük tikilmiş və işlərin görülməsinə 397,9 min manat vəsait xərclənmişdir.
Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1. Neftçala şəhərinin içməli su və kanalizasiya sisteminin tikilməsi.
2. Yeni məktəb, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi.
3. Şəhərdaxili bütün küçələrin asfaltlaşdırılması.
4. Rayonun küçələrinin yenidən qurulmasının davam etdirilməsi.
5. Kəndlərin qazlaşdırılmasının davam etdirilməsi.
6. Rayonun elektrik şəbəkəsinin yenidən qurulmasının davam etdirilməsi.
7. Suvarma suyu ilə təchizatın yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi.
8. Rayon ərazisindəki tarixi abidələrin bərpa edilməsi.
9. İctimai və inzibati binalar üçün nəzərdə tutlmuş qazanxanaların modernləşdirilməsi, yeni istilik-qazanxana sistemlərinin tikilməsi.
10. Kəndlərin içməli su təchizatının yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.
11. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin davam etdirilməsi.
12. Rayonun tarixi abidələrinin bərpa edilməsi.
13. Olimpiya idman kompleksinin tikilməsi