Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Biləsuvar rayon Xırmandalı kənd Uşaq İncəsənət məktəbi

Biləsuvar rayon Xırmandalı kənd Uşaqa İncəsənət məktəbi 1990-cı ildən fəaliyyətə başlamışdır. 1990-cı ildə 7 illik Uşaq musiqi məktəbi kimi yaradılmışdır. 1990-cı ildə məktəbdə fortepiano, tar, kamança, nağara və qarmon sinfləri fəaliyyət göstərirdi. Sonradan fəaliyyəti genişləndirilərək 1994-cü ildə rəssamlıq sinfi açılaraq Uşaq İncəsənət məktəbinə çevrilmişdir. 2003-cü ildə Xanəndəlik (muğam) sinfi açılmışdır. Hal-hazırda məktəbdə 33 müəllim şagirdlərin ibtidai musiqi təhsili ilə məşğul olur. Onlardan 2 nəfəri ali təhsilli, 31 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbdə 7 ixtisas: fortepiano, tar, kamança, qarmon, nağara, xanəndə və rəsm ixtisasları tədris olunur. Məktəbdə 112 şagird təhsil alır. Məktəbdə təlim-tərbiyə prosesinin təşkili, o cümlədən tədris olunan ixtisaslar, tədris planı və proqramlarının yerinə yetirilməsi, təhsilin keyfiyyətinin artırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi daima məktəb rəhbərliyinin diqqət mərkəzindədir.

Telefon:

0252947241

E-mail:

azer801680@mail.ru

 

2.4 MB