Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Salyan rayon Tarix-diyarşünaslıq muzeyi

Salyan rayon Tarix-diyarşünaslıq Muzeyi 1981-ci il yanvarın 10-dan fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövürdə muzeydə 800 eksponat cəmlənmişdir. 1991-ci il noyabrın 8-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 371 saylı qərarına əsasən Salyan rayon Tarix-diyarşünaslıq Muzeyinə görkəmli ictimai xadim, şair, naşir, həkim və tərcüməçi Əli bəy Hüseynzadənin adı verilmişdir. Prezident İlham Əliyevin 2007-ci il 6 mart tarixində "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında", 2009-cu il 22 may tarixində "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə,yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı"na uyğun olaraq muzey 14 may 2016-cı il tarixindən təmirə dayanmışdır. 3 sentyabr 2016-cı ildə prezident İlham Əliyevin bölgəyə səfəri zamanı Tarix-diyarşünaslıq Muzeyinin də açılışını etmişdir.

Əsaslı şəkildə təmir olunmuş və yenidən qurulmuş muzey 2 mərtəbədən və bu mərtəbələrdə yerləşən 5 zaldan ibarətdir: ideoloji zal, arxeoloji zal, etnoqrafik zal, hərb zalı və şəxsiyyətlər zalı.

Hal-hazırda muzeydə qorunub saxlanılan 11660 eksponatdan 800-ə yaxını ekspozisiyada nümayiş olunur.

Telefon:

0212555313

E-mail:

nata.adgozelli@mail.ru

Url:
https://www.facebook.com/Salyan-Tarix-Diyarşünaslıq-Muzeyi-1418785695066681/

 

681.4 KB