Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında "2004-cü il 27 dekabr tarixli sərəncamına əsasən fondumuza 12395 nüsxə kitab daxil edilmişdir. Bu da yeni nəslin inkişafına yüksək təsir göstərir.

Hal-hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi Kitabxanası özündə 43 filialı birləşdirir. Hal-hazırda oxu zalında eyni vaxtda 80 nəfər oxucu mütaliə ilə məşğul ola bilər. Fond tutumu 50 min nüsxə olan xidmət söbəsindən istək və marağımıza uyğun ədəbiyyatı almaq mümkündür.

2009-cu ildə Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron Kitabxananın yaradılması üçün 11 kompüter və digər avadanlıqlar alınmışdır.

Kitabxananın əsas məqsədi oxucuların milli zəmində və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasıdır. Böyüməkdə olan gənc nəslin əqli və ictimai inkişafında zahiri deyil daxili gözəlliyini, mədəniyyətə, vətənə sevgi, əməyə, zəhmətə qadir olmağı, elmin bütün sahələrindən baş çıxarmağı bacara biləcək bir nəsil yetişdirmək, tərbiyə etməkdən ibarətdir.

Cəmi oxucular - 40951

Mərkəzi kitabxana üzrə -11834

Ümumi fond – 498029  nüsxə

Kitabxanaya daxil olan kitablar - 2019 nusxə.

Telefon:

0212555367

E-mail:

saida-aliyeva1975@mail.ru

 

2 MB