Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Biləsuvar rayon Tarix-diyarşünaslıq muzeyi

Biləsuvar rayon Tarix-diyarşünaslıq muzeyi 9 may 2007-ci  il tarixindən rayon əhalisinin  xidmətinə verilmişdir. 

Tarix-diyarşünaslıq muzeyi 3 geniş zaldan- 1 iş otağı, 1 direktor otağı, 1 fond otağından ibarətdir. Həyətində açıq səma altında muzey yaradılmış, yüzlərlə ağac və gül kolları əkilmişdir.

Muzey mövzu üzrə 13 bölmədən ibarətdi:

          I.  Açıq səma altında ekspozisiya (muzeyin qarşisinda).

         II.  Muzey haqqında  informasiya - I Bölmə.

        III.  Biləsuvar rayonu haqqında informasiyalar - II Bölmə.

        IV.  Biləsuvarın təbiəti  və tarixi abidələri - III Bölmə.

         V.  Biləsuvar  qədim  dövrdə - IV Bölmə.

        VI.  Biləsuvar  tarixi orta əsrlərdə - V Bölmə.

       VII.  Biləsuvar  tarixin yeni  dövründə xanlıqlar - VI Bölmə.

      VIII.  İmperiya müstəmləkəçiliyi illəri - VII Bölmə.

        IX.  Kommunist rejimi - VIII Bölmə.

         X.  Azərbaycanın hərb tarixindən - IX Bölmə.

        XI.  Müstəqilliyə gedən yol - X Bölmə.

       XII.  H.Əliyev kursunun layiqli davamçısı - XI Bölmə.

      XIII.  Elm, mədəniyyət, təhsil, H.Əliyev  fondu - XII Bölmə

Muzey fəaliyyətə başladığı gündən muzey işçilərinin səyi nəticəsində fonda daxil olan maddi və mənəvi mədəniyyət abidələrinin sayı  2280  ədədə çatdırılmışdır.

Bunlardan  8-i nəqqaşlıq,  2-si qrafika, 4-ü heykəltaraşlıq, 84-ü tətbiqi incəsənət məmulatı, 376-sı arxeoloji, 1090 -ı məişət və etnoqrofik, 309-u fotoşəkillər, 244-ü sənədlər, 163-ü  sair əşyalar təşkil edir.

Ünvan:
Biləsuvar rayon 8 mart küçəsi 26
Telefon:

0252951136

E-mail:

tarixdiyarshunaslu0131qmuzeyi@mail.ru

Url:
https://www.facebook.com/Biləsuvar-rayon-tarix-diyarşünaslıq-muzeyi-222326617815359/?fref=pb&hc_location=profile_browser

 

554.7 KB