Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkil etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir

30.10.2018

30 oktyabr tarixində Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkil etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir. Mərasim Azərbaycanın Dövlət Himninin oxunması ilə başladı. Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini L.Yüzbaşova, Regional İdarənin rəis müavini R.Cəfərova yığıncağın aktuallığından söz açdılar və müasir dövrdə cəmiyyətin diqqətinin uşaq hüquqlarının vəziyyətinə yönəltməyin vacibliyini vurğuladılar. Belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyi qeyd olundu.

Bunun ardınca uşaqların hazırladığı rəqs səhnələri, şerlərdən parçalar nümayiş olundu. Uşaqlar musiqi alətlərində ifa bacarıqlarını göstərdilər və onların əl işlərindən ibarət sərgi göstərildi.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

 

2.3 MB

 

2.4 MB

 

2.1 MB