Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sabah Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində ”Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı seminar keçiriləcək

30.10.2018

Sabah Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində "Mədəniyyət işçilərinin müasir peşə səriştələri" adlı seminar keçiriləcək. Tədbir Heydər Əliyevin heykəli önünə gülqoyma mərasimi ilə başlayacaq. Seminarda "Mədəni xidmətlərin transformasiyası və modernləşməsi", "Biləsuvar rayonunun mədəni brendi", "Mədəni layihələrin reallaşmasında dövlət qurumları arasında əməkdaşlıq", "Yeni səriştələr və peşəkarlıq meyarları", "Gənc mədəniyyət işçilərinin iştirakı ilə "İdeya Bankı"nın müzakirəsi" mövzusunda çıxışlar olacaq. Həmçinin, seminarda açıq müzakirələrin keçirilməsi də planlaşdırılır.

Tədbir saat 11-də başlayır.

 

113.6 KB