Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Salyanda ”Nizami Gəncəvi ili” münasibətilə silsilə tədbirlər davam edir

03.06.2021

Salyan Rayon Mədəniyyət Mərkəzinin "Nizami Gəncəvi ili" münasibətilə silsilə tədbirləri davam edir. Növbəti belə ədəbi-bədii gecə Kürqaraqaşlı kənd Diyarşünaslıq Evində keçirilib. Kürqaraqaşlı kənd Diyarşünaslıq Evi, Ərəbqardaşbəyli, Cəngən və Beştalı kənd klubarının birgə təşkilatçılığı ilə keçirilən gecədə rayon rəsmiləri, ədəbiyyatşünaslar, mədəniyyət, təhsil, tibb nümayəndələri və ictimaiyyət iştirak edib. Gecədə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından söz açılıb. Çıxış edənlər Nizami Gəncəvinin əsərlərinin bədii əhəmiyyətindən danışıblar. O da qeyd olunub ki, Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Ədəbi-bədii gecədə təqdim olunan Nizami Gəncəvinin əsərlərindən seçmələr və qəzəllər, kompozisiyalar, məktəblilərin ifasında olan səhnəciklər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbir çərçivəsində həmçinin Kürqaraqaşlı kənd kitabxana filialı tərəfindən Nizami Gəncəviyə həsr olunan kitab sərgisi nümayiş olunub. Qeyd edək ki, tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib və məhdud sayda tamaşaçı cəlb olunub.

 

103.5 KB

 

111.7 KB

 

100.5 KB