Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Biləsuvarda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

02.06.2021

01 iyun 2021-ci il tarixdə Biləsuvar şəhər Uşaq incəsənət məktəbinin həyətində  Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Biləsuvar Dövlət Rəsm Qalereyası, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxana sərgi təşkil etmişdir. Biləsuvar rayon Xırmandalı kənd Uşaq incəsənət məktəbinin və Biləsuvar şəhər Uşaq incəsənət məktəbinin şagirdləri maraqlı çıxışlar etmişlər. Tədbirdə yerli icra hakimiyyətinin başçısı Faiq Qurbətov, Regional İdarənin rəisi Əlisultan Sadıxov iştirak etmişlər.

 

82.5 KB

 

85.2 KB

 

91.9 KB