Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Neftçala MKS-nin fevral ayındakı tədbirlərindən

20.05.2020

04.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında 9 fevralda keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ilə əlaqədar “Layiqli namizədə səs verək” adlı mövzusunda söhbət saatı təşkil edildi.

01.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Aşağı Qaramanlı kənd kitabxana filialının kitabxanaçıları könüllü olaraq kitabxana işinə köməklik göstərən oxucuları ilə birlikdə ətraf mühiti zibillərdən təmizlədilər.

01.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 4 saylı şəhər kitabxana filialı 2 Fevral Gənclər Günü ilə əlaqədar “Gənclər bizim gələcəyimizdir” adlı informasiya günü keçirdi.

03.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialı 2 Fevral Gənclər Günü ilə əlaqədar məktəblilərlə diskussiya keçirdi.

04.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialının kitabxanaçıları I yarımilin yekunu ilə əlaqədar “Gündəliyini gətir, kitabını götür” adlı əlaçı şagirdləri kitab və tərifnamələrlə mükafatlandırdılar.

03.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialının kitabxanaçıları fəal oxucularla birlikdə Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli Sərəncamına əsasən “2020-ci il Könüllər ili” elan edilməsi ilə əlaqədar “Kitabxana və Könüllülər - Könüllüyün təntənəsi” adlı elanları divarlara yapışdırdılar.

04.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin 4 saylı şəhər kitabxana filialının kitabxanaçıları Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli Sərəncamına əsasən “2020-ci il Könüllər ili” elan edilməsi ilə əlaqədar könüllü olaraq Neftçala Sənaye Məhəlləsinin işçiləri ilə birlikdə çalışdılar.

03.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialı kənd körpələr evi, uşaq bağçasında nağıl saatı təşkil etdi.

04.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Xıllı qəsəbə kitabxana filialının kitabxanaçıları Xıllı qəsəbə məktəbində 5 yaşlı uşaqlarla nağıl saatı təşkil etdilər.

03.02.2020-ci li tarixdə Neftçala rayon Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubleyi ilə əlaqədar “Böyük Mollanəsrəddinçı yazıçı” başlıqlı sərgi təşkil edildi. Sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

04.02.2020-ci il tarixdə Neftçala rayon MKS-nin Dördlər kənd kitabxana filialının kitabxanaçıları Bağırovlar ailəsində səyyar xidmət təşkil etdilər.

03.02.2020-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 9 fevralda Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Neftçala şəhər V.Soltanov adına Kürkənd kənd məktəbinin aşağı siniflərində və N.Gəncəvi adına 3 saylı tam orta məktəbin 9-cu və 10-cu sinif şagirdləri arasında “Seçkilər: Hər şeyi bilmək istəyirəm!” adlı hüquq dialoqu keçirdi. Tədbir zamanı şagirdlərlə seçkilər barədə sorğu-sual edildi, eyni zamanda şagirdlər seçki barədə məlumatlandırıldılar.

 

8.5 KB

 

83 KB

 

100.8 KB