Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Neftçala MKS-nin son tədbirləri

04.11.2019

Neftçala rayon MKS-nin Qaraqaşlı kənd kitabxana filialı kənd məktəbində 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin 50 illik yubileyi münasibətilə anım günü keçirdi.

Neftçala rayon MKS-nin 1 saylı şəhər kitabxana filialında şair və mütəfəkkir Mirzə Şəfi Vazehin 225 illiyi münasibətilə “Azərbaycan klassik irsi” adlı məlumat günü keçirildi.

Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş həmyerlimiz, mayor, Milli Qəhrəman Samid İmanovun əziz xatirəsinə həsr olunmuş “Bu gün sənin doğum günün” adlı anım mərasimi keçirdi. Anım günündə kitabxanaçılar məktəbli oxucularla birlikdə şəhidin ev muzeyini və məzarını ziyarət etdilər.

Neftçala rayon MKS-nin Şorkənd kənd kitabxana filialında Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun “Əsrin onda biri” kitabının müzakirəsi keçirildi.

Neftçala rayon MKS-nin Qədimkənd kənd kitabxana filialında Milli Qəhrəmanlar Rzayev Rövşənin və Məmmədov Kazımın 50 illikləri ilə əlaqədar “Hər şey Vətən üçün” adlı anım günü keçirildi.

Neftçala rayon MKS-nin 1 saylı Bankə qəsəbə kitabxana filialında “İngilis dilini öyrənək” başlıqlı sərgi təşkil edildi.

Neftçala rayon MKS-nin 2 saylı Bankə qəsəbə kitabxana filialında böyük rus şairi M.Y.Lermontovun 205 illiyi münasibətilə sərgi təşkil edildi.

Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialı kənd məktəbində oktyabr ayında yubileyi olan Milli Qəhrəmanlara həsr olunmuş “Mərd igidlər örnək ömür yaşayar”, Aşağı Surra kənd kitabxana filialı isə "Şəhidlər ölməz" adlı məlumat günü keçirdi.

Neftçala rayon MKS-nin 1 saylı Bankə qəsəbə kitabxana filialında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Samid İmanovun doğum günü ilə əlaqədar məlumat günü keçirildi.

Neftçala rayon MKS-nin 2 saylı şəhər kitabxana filialında Milli Qəhrəman Kazım Məmmədovun 50 illiyi ilə əlaqədar “Vətən səninlə fəxr edir” adlı anım günü keçirildi.

 

117.1 KB

 

129.7 KB

 

122.1 KB