Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Salyanda Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar tədbir keçirildi

03.11.2019

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Heydər Əliyev Mərkəzinin tamaşa zalında  böyük Azərbaycan dramaturqu, kinossenarist, yazıçı Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Mən bir sönməz ulduzam ki...” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə mədəniyyət, təhsil işçiləri, dövlət orqanlarının nümayəndələri və Salyan sakinləri iştirak etmişlər.

Gecənin açılış mərasimində mədəniyyət işçiləri Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında məlumat veriblər. Tədbirin davamında ədibin Azərbaycan kinosuna verdiyi töhfələr, eyni zamanda şairin 1935-ci ildə lentə alınan dəfn mərasiminin görüntüləri yayımlanıb. Mədəniyyət və incəsənət xadimlərinin ifasında Cəfər Cabbarlının sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Dama” Art Studiyası“Almaz” və “Solğun çiçəklər” əsərlərindən kompozisiyalar təqdim edib. Gənc səhnə ustalarının təqdim etdiyi səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionun digər şəhərlərində də bənzər tədbirlərin keçirilməsi planlaşdırılır.

 

208.6 KB

 

287.2 KB

 

211.5 KB