Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Salyan rayon Mərkəzi Kitabxanasında “Sülh inkişafın əsas təməlidir” adlı məlumat saatı keçirildi

10.09.2019

Salyan rayon Mərkəzi Kitabxanasında 21 Sentyabr Beynəlxalq Sülh Gününə həsr edilən “Sülh inkişafın əsas təməlidir” adlı məlumat saatı keçirildi. Tədbirdə "Murad" Əlillər İctimai Birliyi yaxından iştirak etdi. Kitabxananın müdiri Əliyeva Səidə, kitabxanaçı Manafova Xəyalə, "Murad" Əlillər İctimai Birliyinin rəhbəri Səmədova Rəsmiyyə sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi, çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyinin təmin olunmamasını qeyd etdi. Sonda "Murad" Əlillər İctimai Birliyinin üzvləri sülh haqqında şeirlər söylədilər.

 

630.3 KB

 

694.8 KB

 

585.9 KB