Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Salyan Tarix-Diyarşünaslıq Muzeyində yubiley tədbiri keçirildi

14.08.2019

Salyan Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İlham Qəhrəmanın 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə AYB-nin Muğan bölməsinin sədri Nəbi İbrahimov açaraq yazarın həyat və yaradıcılığından bəhs etdi. Məruzə ətrafında "Qələbə" rayon qəzetinin baş redaktoru Rüstəm Məlikov, rayon Mərkəzi Kitabxanasının direktoru Səidə Əliyeva, "Kürün tövhəsi" əbədi birliyinin üzvü, gənc şair Pərviz Əbil, Nəsimi adına Dilçilik İnistitunun doktorantı Günel Orucova, şair, publisist Əzizağa Məmmədov çıxış edərək şairin əsərlərini müzakirə edib, fikir bildirdilər.Tədbirdə qonaq kimi iştirak edən Oktay Rza və AYB-nin üzvü Əsəd Cahangir şairin yeni kitabları haqqında geniş danışdılar. Tədbirin sonunda İlham Qəhrəman yekun sözü olaraq tədbiri təşkil edənlərə təşəkkür bildirdi və öz şeirlərindən bir neçəsini səsləndirdi. Sonda gələn qonaqlar muzeyə baxış keçirdilər və xatirə şəkli çəkildi.

 

2.1 MB

 

1.7 MB

 

2.1 MB