Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Salyan rayon Mədəniyyət Mərkəzində klub işçilərinin növbəti toplantısı keçirilib

14.08.2019

Salyan rayon Mədəniyyət Mərkəzində mədəniyyət evləri və klub işçilərinin növbəti toplantısı keçirilib. Toplantıda çıxış edən Mərkəzin direktoru Lətif Zərbəliyev mədəniyyət sahəsində gedən optimallaşmadan söz açaraq bildirdi ki, müəssisələrə kreativ fikirli gənclərin cəlb edilməsi bu gün əsas məsələlərdəndir. Sonra Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Günaydın Əhədova yay aylarında əhalinin asudə vaxtlarının səmərəli təşkilindən danışıb, mədəniyyət müəssisələrində pullu kurslarla bağlı müəssisə rəhbərlərinə öz tövsiyələrini verdi. 

 

1.7 MB

 

1.6 MB

 

1.7 MB