Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun məzarı ziyarət olunub

08.08.2019

Salyan rayon Mədəniyyət Mərkəzinin "Mahirlər" ailə ansamblının bədii rəhbəri, Əməkdar artist, Əməkdar mədəniyyət işçisi, virtuoz ifaçı Həsənağa Sadıqovun vəfatından bir il ötür. Bu münasibətlə Mədəniyyət Mərkəzinin əməkdaşları, rayon ictimaiyyəti, respublikanın tanınmış incəsənət ustaları yas mərasimində iştirak ediblər. Sonra sənətkarın məzarı ziyarət olunub. Salyan rayon mədəniyyət işçiləri adından məzarı önünə əklil qoyulub, gül-çiçək dəstələri düzülüb. Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev, Xalq artisti Sadıq Zərbəliyev və başqaları çıxış edərək korifey sənətkarın yaradıcılığından söz açıblar.

 

2.6 MB

 

4.1 MB

 

2.5 MB