Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Cəbrayıl şəhəri
Qumlaq və Xüdafərin kəndləri arasında Araz çayı üzərindən salınmış məşhur Xüdafərin körpüləri Cəbrayılın rəmzidir. XII əsrdə tikilmiş bu körpülər çox dəyərli memarlıq abidələri və ölkənin tarixi keçmişinin şahididir. Gur sulu böyük çayların üzərindən iri körpülər salınması probleminin həll edilməsi üçün tikinti sahəsində vərdişlər və xüsusi mühəndis bilikləri ilə yanaşı körpü tağları üçün çayların yatağında təbii qayalıq sahələr seçmək və körpünün memarlıq kompozisiyasının ətraf ərazi ilə əlaqələndirmək bacarığı tələb olunurdu. Zəmanəmizə qədər salamat qalmış körpülərin uzunömürlü olması Azərbaycan memarlarının yüksək ustalığını sübut edir. Cəbrayıl rayonunun Xudayarlı kəndində qüllələr, Şıxlar kəndindəki məqbərə də tarixi abidə sayılır.