Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Neftçala şəhəri
Neftçala rayonu Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə yerləşir. Keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirərdilər. Buna görə də həmin ərazi Xanqışlağı adlanmağa başlanmışdır. Neftçalanın indiki adı isə burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür təcrübə zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun inzibati mərkəzi - Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. Bu rayonda mədəniyyət sarayı, diyarşünaslıq muzeyi və rəsm qalereyası fəaliyyət göstərir. Azərbaycanın müstəqilliyi uğrunda alovlu mübariz, xalq şairi Xəlil Rza Ulutürk bu rayonda doğulmuşdur. Neftçala rayonunda mövcud sanaye müəssisələrinə misal olaraq balıq kombinatının, yod-brom zavodunun, nərə balıqları yetişdirilən təcrübə zavodunun adını çəkə bilərik. Rayonda nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri yerləşir. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tbkülən yerdə qeyri-adi mənzərəni müşahidə etmək olar: Kür çayının suyu dənizin suyundan ideal düz xətt boyunca ayrılır, sanki bu nazik xətt həmin suların bir-birinə qarışmaması üçündür. Kürkosa adası balıq ovu üçün çox münasib yerdir. Harada qalmaq olar Şəhərin mərkəzində 60-yerlik mehmanxana fəaliyyət göstərir. Harada nahar etmək olar Kür çayının sahilində restoran balıq yeməkləri təklif edir. Tel. 2 21 23.